Hərbi gəmi aşdı: 10 ÖLÜ

Türkiyədə hərbi gəminin çevrilməsi nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb. APA-nın DHA-ya istinadən verdiyi məlumata görə, hadisə İzmirdə, Alaybey gəmiqayırma zavodunda baş verib. Daha 3 nəfərin taleyi naməlum olaraq qalır.

Türkiyə Hərbi-Dəniz Qüvvələrinə aid “TCG Değirmendere” buksir gəmisi təmir işləri başa çatdıqdan sonra Egey dənizinə çıxmışdı. Elə həmin vaxt gəminin içərisinə dəniz suyu dolub.

Gəminin qəflətən sağ tərəfə aşdığı, olayın 20 saniyə çəkdiyi bildirilir.

Ölənlərin 8-i hərbçi, 2-si mülki şəxsdir.

Müəllif | Apa.Tv
Apa.tv