KALAŞNİKOV ÖLDÜ
Məşhur “Kalaşnikov” avtomatlarının yaradıcısı, konstruktor Mixail Kalaşnikov vəfat edib. APA TV-nin məlumatına görə, 94 yaşlı Kalaşnikov Udmurtiya Kliniki-Diaqnostika mərkəzinin reanimasiya şöbəsində dünyasını dəyişib.
“Kalaşnikov” avtomatlarının yaradıcısının ölüm xəbərini Udmurtiya prezidentinin mətbuat katibi Viktor Çulkov öz “Facebook” səhifəsində paylaşıb.
Mixail Kalaşnikov 1919-cu ildə Altay vilayətinin Kurya kəndində anadan olub.
1938-ci ildə Kiyev xüsusi hərbi dairəsində hərbi xidmətə başlayıb, tank mexanik-sürücülük məktəbini bitirib. Onun uzun müddət üzərində işlədiyi Kalaşnikov avtomatı 1948-ci ildə Silahlı Qüvvələrə istifadə edilir. Dünyada ən çox istifadə edilən silahlardan biridir.