Xaçmazda itkin düşən Sumqayıt sakininin meyiti tapıldı - ƏKİN SAHƏSİNDƏ
Xaçmaz rayonu ərazisində itkin düşən 67 yaşlı Sumqayıt şəhər sakininin meyiti tapılıb.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmazın Padar kəndinə qonaq gələn 67 yaşlı Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Şıxvəliyeva Pəri Qubad qızının meyiti əkin sahəsində aşkarlanıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadının hansı şəraitdə ölməsi araşdırılır.
Qeyd edək ki, yaşlı qadın iyulun 8-də, axşam saatlarında itkin düşmüşdü.