Suriyada erməni əsgər öldürüldü
Suriyada hərbi toqquşmalarda erməni əsgər həlak olub.
APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, jurnalist Gevork Almasyan bildirib ki, o, Bəşər Əsəd hökuməti və erməni icması uğrunda döyüşlərdə öldürülüb və bu gün onun dəfn mərasimi keçirilib.
Almasyan müharibəyə qədər Suriyada 60-70 min erməninin yaşadığını və onların əksəriyyətinin Hələb, Latakiya, Hüms, Qamışlı, Həsəkə, Raqqa, Qəsab və Dəməşqdə məskunlaşdığını qeyd edib.