Bu il ikinci Günəş tutulması baş verib
2018-ci ildə ikinci Günəş tutulması (qismən tutulma) baş verib.
APA TV-nin xəbərinə görə, tutulma Bakı vaxtı ilə saat 05:48:23-də başlayıb, saat 07:01:05-də maksimumda olub və saat 08:13:44-də sona çatıb.
Günəş tutulması (qismən tutulma) Antarktidanın şimalını, Sakit və Hind okeanları qovşağını əhatə edib.
Qeyd edək ki, 2018-ci ildə ilk Günəş tutulması (qismən tutulma) fevralın 15-də baş verib. Üçüncü tutulma isə avqustun 11-də baş verəcək. Günəş tutulmalarından ikisi cənub, biri isə şimal yarımkürəsinə düşür.