Türkiyə şou-biznesində biseksual qalmaqalı - SEVİŞMƏ VİDEOSU YAYILDI
Türkiyənin tanınmış müğənnisi Mustafa Cecelinin həyat yoldaşı Sinem Gedikdən boşanmasının gerçək səbəbi ortaya çıxıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, boşanandan qısa müddət sonra Cecelinin Selin İmerle sevgi münasibətinin ortaya çıxması Mustafanın başqa qadına görə ailəsini dağıtdığı iddiasını gücləndirmiş, Ceceli ciddi təzyiq və tənqidlərə məruz qalmışdı.
Türkiyə mediasında məhkəmə prosesi ilə bağlı yayılan məlumatlar olayın tam başqa səbəblərini üzə çıxarıb. Bəlli olub ki, Mustafa Cecelinin boşanmağa qərar verməsinin səbəbi həyat yoldaşının onu aldatmasıdır. Üstəlik, Sinem Mustafanı ərinin həmkarı olan həmcinsi ilə aldadıb.
Ceceli məhkəmədə ona mail vasitəsilə “Arvadın müğənni İntizarla eşq yaşayır” mesajının gəldiyini deyib. Məktubda yazılanlara inanmayan Mustafaya daha sonra onların sevgi münasibətini əks etdirən fotolar və videolar göndərilib. Mustafa isə əlindəki faktları təqdim edərək, Sinem Gedikin analıqdan məhrum edilməsini istəyib.
İntizarın işlədiyi “Poll Production” musiqi şirkətinin rəhbəri Polat Yağcı isə müğənni ilə bağlı yayılan xəbərləri əsas gətirərək, onunla yollarını ayırdığını deyib.