MİSİR MƏRDANOV bina istəyir

Bu il Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda riyaziyyat üzrə 5, mexanika üzrə 2 problem araşdırılıb. APA TV-nin xəbərinə görə, Riyaziyyat və Mexanika İnstitutunun illik hesabatı ilə bağlı çıxışında İnstitutunun direktoru Misir Mərdanov söyləyib ki,  İnstitutda toksiki maddələrlə zəhərlənmələrdə fəsadların aradan qaldırılması üçün monitorinqin aparılmasının təşkilində vasitə, üsul və alqoritmlərin işlənilməsi araşdırılıb. Həmin iş Kibernetika İnstitutu ilə birlikdə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyası ilə bağlanmış müqaviləyə əsasən aparılıb.

 

O qeyd edib ki, Riyaziyyat və Mexanika İnstitutunda bu il ərzində 8-i elmlər doktoru, 10-u fəlsəfə elmləri doktoru üzrə olmaqla, 18 dissertasiya işi müdafiə edilib. Onların 15 nəfəri Fizika və Riyaziyyat İnstitutunun əməkdaşları olub.

 

O, həmçinin hazırda İnformasiya Texnologiyaları İnstitutu ilə bir binada  yerləşən Riyaziyyat və Mexanika İnstitutunun ayrıca binasının olmasını diqqətə çatdırıb və bir zaman İnstitut üçün tikilmiş binanın sonradan bu İnstituta verilməməsindən şikayətlənib.

 

Misir Mərdanov bildirib ki, bu gün Nəsrəddin Tusini öz adlarına çıxmağa çalışan ölkələr var. Buna görə də Riyaziyyat və Mexanika İnstitutunda Nəsrəddin Tusinin irsi araşdırılır, bununla bağlı beynəlxalq konfransların keçirilir.

 

Müəllif | Apa.Tv