İrəvanda yaşayış binası uçub, ölən və yaralananlar var
İrəvanda yaşayış binasının bir hissəsi uçub, ölən və yaralananlar var.
APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, gecə saatlarında Arşakunyats prospektində yerləşən yaşayış binasının dam hissəsi və divarlarının bir hissəsinin çökməsi nəticəsində daşlar yoldan keçən insanların üzərinə düşüb.
Nəticədə 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Verilən məlumatlara görə, yaralıların vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.