Kürdəmirdə keçmiş məhkumun həyətindən narkotik bitki aşkarlanıb
Kürdəmirdə narkotik tərkibli bitki əkən şəxs tutulub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, daxil olmuş məlumat əsasında rayonun Karrar kənd sakini Rauf Tağı oğlu İbrahimovun evinin həyətyanı bağ sahəsinə baxış keçirilib.
Baxış zamanı oradan Rauf İbrahimovun əkdiyi 9 ədəd narkotik xassəli çətənə bitkiləri aşkar edilərək götürülüb.
Qeyd edək ki, R.İbrahimovun əvvəllər oğurluq etdiyinə görə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.