"Total" və «Statoil» TANAP-da iştirak etməyəcək

Fransanın "Total" və Norveçin «Statoil» şirkətləri TANAP layihəsindən iştirakdan imtina edib. Həmin şirkətlər bunu TANAP-ın dəyərinin yüksəlməsi ilə əlaqələndirib. APA-nın "OilPrice" saytına istinadən verdiyi məlumata görə, ilkin olaraq "Statoil"un layihədə 12 faiz, "Total"ın isə 5 faiz həcmində iştirak payı alacağı planlaşdırılıb. Bu şirkətlərin layihədən imtina etməsi ilə almaq istədikləri səhmlər Azərbaycan Dövlət Neft Şirkəti, BP, həmçinin Türkiyənin TPAO və "BOTAŞ" şirkətləri arasında bölünəcək. Türkiyənin bir az əvvəl layihədə iştirak payını artırmaq niyyəti də reallaşıb. Adı çəkilən ölkə bir müddət öncə iştirak payının 20 faizdən 30 faizədək artırmaq istəyini açıqlamışdı. Hazırda TANAP layihəsində ARDNŞ-in payı 80 faiz, Türkiyənin payı isə 20 faizdir. Lakin Azərbaycan öz payından 29 faizi BP və layihədən imtina edən adı çəkilən iki şirkətə təqdim etmək niyyətində olub. Türkiyə ərazisindən keçəcək TANAP-ın tikintisinə 2014-cü ildə başlanılacaq. Tikintinin 2017-2018-ci illərdə başa çatdırılması gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv