Misir Qəzza ilə sərhədini bağladı
Misir Qəzza zolağı ilə Refah sərhəd məntəqəsini bu gündən etibarən bağlayır.
APA TV-nin məlumatına görə, sərhəd məntəqəsinin ofisi bu barədə yazılı açıqlama verib. "Refah sərhəd məntəqəsi növbəti bir əmrə qədər ikitərəfli bağlanır" - deyə açıqlamada bildirilir.
İsrail də bu gündən etibarən Qəzza zolağındakı yeganə ticarət qapısı olan Kerm Ebu Salimi sərhəd məntəqəsini bağlayacağını elan edib.
Misirin nəzarətindəki Refahdan başqa Qəzza zolağına giriş-çıxışların olduğu 7 sərhəd qapısından altısı İsrailin nəzarətindədir. İsrailin blokadasına görə Qəzza zolağının dünyaya tək qapısı olan Refah Misir tərəfindən tez-tez bağlanır.