Gələn il 500 yeni standart qəbul ediləcək

"Bakı şəhəri yaxınlığında yeni Neft-qaz və Neft-kimya Kompleksinin inşası layihəsi çərçivəsində bu müəssisənin gələcək fəaliyyətinin təmin edilməsi üzrə standartların hazırlanmasına başlanılıb. Bu işlər Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanmış müqavilə əsasında həyata keçirilir".

APA TV-nin xəbərinə görə, bunu Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib. Bu razılaşma həmin kompleksin gələcəkdə istismarı zamanı istifadə olunacaq beynəlxalq standartların Azərbaycanda tətbiq edilməsi və milli standart kimi istifadəsini nəzərdə tutur: "Razılaşmanın müddəti 6 ildir. Bu müddətdə 2000-dən artıq beynəlxalq standart Azərbaycanda milli standartlar kimi tətbiq ediləcək".

 

Azərbaycanda "Avro-3" standartının tətbiqinə gəlincə, Sabiq Abdullayev bildirdi ki, artıq bununla bağlı Nazirlər Kabinetinə müvafiq layihə göndərilib. 2014-cü ilin axırına kimi isə yanacaq "Avro-3" tələblərinə çatdırılacaq.

O bildirib ki, 2014-cü ildə müxtəlif sahələrdə 500-ə yaxın standartın hazılanması gözlənilir.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova