Paşinyan mitinq iştirakçısını mer təyin etdi
Nikol Paşinyan Ermənistanda keçirilmiş mitinq iştirakçılarından birini mer təyin edib.
APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, Narek Kaqramayan adlı gənc aksiyalarda göstərdiyi fəallığa və Paşinyana dəstəyinə görə Kapan (Qafan) şəhərinin meri vəzifəsinə gətirilib.
N.Kaqramayan açıqlamasında yerli əhalinin dəstəyinə ümid etdiyini vurğulayıb.