Kərkükdə üç güclü partlayış törədildi - YARALILAR VAR
İraqın şimalında, Kərkük şəhərində ardıcıl üç güclü partlayış baş verib.
APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar Kərkükün mərkəzində, Bağdada gedən yolda və şəhərin Dümeyz rayonunda qeydə alınıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində 8 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Partlayışlara görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.