Şəmkirdə baş vermiş avtoqəzada 3 nəfər xəsarət alıb
Şəmkirdə yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun Şəmkir şəhərindən keçən hissəsində “Mercedes” və “Ford” markalı avtomobillər toqquşub.
İlkin məlumata əsasən, avtoqəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bunlar 1970-ci il təvəllüdlü Mehman Bəndəliyev, 1966-cı il təvəllüdlü Teymuraz Qocayev və 1983-cü il təvəllüdlü Xəyal Novruzovdur. Yaralılardan ikisinin vəziyyəti orta-ağır, birinin isə normaldır.
Faktla bağlı araşdırmalar davam etdirilir.