Ucarda "Toyota Prado" aşdı: ata öldü, oğlu yaralandı
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
"Toyota Prado" markalı minik maşını yol kənarındakı arakəsməyə çırpılaraq aşıb Nəticədə Bakı şəhər sakini Akif Dərgahov hadisə yerində ölüb. Onun 2005-ci il təvəllüdlü oğlu Dərgah Akif oğlu Dərgahov müxtəlif xəsarətlər alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.