Neft yenidən bahalaşmağa başladı
Uzun müddətdir ciddi dəyər itirən xam neft gün ərzində bahalaşmağa başlayıb.
APA TV-nin məlumatına görə, qiymətlərin bahalaşmasının əsas səbəbi kimi ABŞ-da neftə tələbatın artması göstərilir. Eyni zamanda ABŞ-da ehtiyatlar da artmaqdadır.
"Brent" markalı neftin 1 bareli sutka ərzində 2 dollara qədər bahalaşdıqdan sonra ucuzlaşıb. Bu markadan olan neft hazırda 72,70 dollardan satılır. Bu isə ötən gün qeydə alınan qiymətlərdən 1 dollar bahadır.
Qərbi Texas nefti də dəyər qazanıb. WTI markası hazırda 67,56 dollardan təklif olunur.