Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edildi
Türkiyədə fövqəladə vəziyyət rejimi rəsmən ləğv edilib. APA TV-nin məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər yayıb.
Fövqəladə vəziyyət rejimi bu gün yerli vaxtla 01:00-da qüvvədən düşüb.
Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 15 iyul hərbi çevriliş cəhdindən sonra - 2016-cı il iyulun 21-dən tətbiq olunub. Sonra isə parlament fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair ümumilikdə 7 qərar qəbul edib.
Bundan əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, terrorçuluqla mübarizə davam etdiriləcək. “Təhlükə yarandığı halda, ölkədə yenidən fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər”, - deyə İ.Kalın vurğulayıb.