Saatlıda otlaq sahəsi yandı, 54 yaşlı kişi öldü
Saatlıda yanan otlaq sahəsinin kənarından 54 yaşlı kişinin meyiti aşkarlanıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunun Əhmədbəyli kəndi ərazisində otlaq sahədə yanğın baş verib.
Yanğının söndürülməsinə FHN-in Saatlı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və avtomaşınları cəlb edilib. Yanğın söndürülüb.
Yanğının baş verdiyi ərazinin yaxınlığından Əhmədbəyli kənd sakini, 1964-cü il təvəllüdlü Əflatun Ərəstun oğlu Babaşovun meyiti aşkarlanıb. Ehtimal olunur ki, adı çəkilən şəxsin ölümünə səbəb tüstüdən boğulma olub.
Faktla bağlı araşdırma aparılır.