İranın paytaxtı dəyişir

İran parlamenti ölkə paytaxtının Tehrandan köçürülməsini nəzərdə tutan qanun layihəni təsdiqləyib. APA TV-nin xəbərinə görə, iclasda 214 deputat iştirak edib. Qərarın lehinə 110, əleyhinə 67 nəfər səs verib, 10 nəfər isə bitərəf qalıb. Layihə yeni paytaxt müəyyənləşdirildikdən sonra Tehranda yerləşən siyasi və inzibati strukturların köçürülməsini nəzərdə tutur. Ancaq İran hökuməti paytaxtın köçürülməsinin əleyhinədir və bununla bağlı İranın ali dini liderinin qərar qəbul etməsini təkid edir.

 

Aparılmış rəsmi siyahıya almanın nəticələrinə əsasən, Tehranın əhalisi 8 milyondan çoxdur. Tehranı ilkin olaraq, Qacar sülaləsinin ilk nümayəndəsi Ağa Məhəmməd şah Qacar İran üçün paytaxt seçib. Qərbi Asiyanın ən böyük şəhəri olan Tehran 1975-ci ildən İranın paytaxtıdır.

Müəllif | Apa.Tv