Əfqanıstanın vitse-prezidenti ölkəyə qayıdarkən aeroportda partlayış törədildi - 16 ÖLÜ
Əfqanıstanın Kabil şəhərinin aeroportunda terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində azı 16 nəfər ölüb, 50 nəfər yaralanıb.
APA TV-nin məlumatına görə, bu barədə "TOLOnews" telekanalı Əfqanıstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edək ki, bu gün bir il əvvəl ölkəni tərk etmiş Əfqanıstanın vitse-prezidenti Rəşid Dustum Türkiyədən Əfqanıstana qayıdıb. Partlayış da R.Dustumun zirehli maşınla aeroportu tərk etməsindən sonra onun tərəfdarları arasında törədilib.
Hələ partlayışa görə heç bir terrorçu qrup məsuliyyəti öz üzərinə götürməyib.