Zaqatala və Qaxda zəlzələ zamanı dağılmış uşaq evləri yenidən tikilib

Zaqatala və Qax rayonlarında 2012-ci ilin may ayında baş verən zəlzələdən sonra zərər çəkmiş üç körpələr evi-uşaq bağçası bərpa-gücləndirmə və əsaslı təmirdən sonra istifadəyə verilib.

 

APA TV-nin xəbərinə görə, bərpa-gücləndirmə və əsaslı təmir-tikinti işləri nəticəsində körpələr evi-uşaq bağçasının binasının daxili interyeri tamamilə dəyişdirilərək müasir səviyyəyə çatdırılıb. Eyni zamanda burada müasir istilik sistemləri quraşdırılıb, santexnik qurğuları yenilənib, yeni invertar avadanlıq və yumşaq yataq dəstləri ilə təmin edilib. Açılış mərasimlərində Zaqatala rayon İcra Hakimiyyətinin başçısı, müvafiq təşkilat nümayəndələri iştirak edib.


Daha bir körpələr evi-uşaq bağçası isə Qax şəhərində istifadəyə verilib. 75 yerlik tərbiyə müəssisəsində başlanılan bərpa gücləndirmə  işləri nəticəsində körpələr evi-uşaq bağçasının binasının daxili interyeri tamamilə dəyişdirilərək müasir səviyyəyə çatdırılıb. Eyni zamanda burada da müasir istilik sistemləri quraşdırılıb, santexnik qurğuları yenilənib, inventar və yumşaq yataq dəstləri ilə təmin edilib.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov