İraqda hərbi maşını etirazçıların üstünə sürdülər
İraqda hərbi maşın etiraz aksiyanı dağıtmaq üçün iştirakçıların üzərinə sürülüb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, İraqın cənubundakı Musenna əyalətində etirazlar dayanmır.
Təhlükəsizlik orqanlarının əməkdaşları etirazçıları qorxutmaq üçün maşını aksiyaçıların üzərinə sürüb.
Qeyd edək ki, İraqda iyulun 13-dən işsizlik və elektrik enerjisinin olmaması səbəbi ilə etiraz aksiyaları keçirilir. Hökumət isə aksiya iştirakçılarının günü-gündən artan sayından narahatdır.