Sankt-Peterburqda evdə partlayış olub - ÖLƏNLƏR VAR
Rusiyanın Sankt-Peterburq şəhərində fərdi yaşayış evində qaz balonunun partlaması nəticəsində 2 nəfər dünyasını dəyişib. Hadisə zamanı 3 nəfər də xəsarət alıb.
APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Lermontov küçəsindəki evlərdən birinin qarajında baş verib. Partlayış nəticəsində qaraj tamamilə, ev isə qismən uçub.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.