Suriyada bazar partladıldı: 38 ölü
Suriyanın cənubunda yerləşən Es-Suveyda şəhərində terror aktı törədilib.
APA TV-nin “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze bazarda özünü partladıb.
Hadisə nəticəsində 38 nəfər ölüb, 30-dan çox adam xəsarət alıb.
Şəhər qubernatoru Əmir əl-Aşi bildirib ki, terrorçulardan ikisi zərərsizləşdirilib, biri isə saxlanılıb.
Bundan başqa, Duma kəndinin sakinləri terror törətmək istəyən 4 nəfəri öldürüb. Eləcə də Suriya ordusu İŞİD terrorçu qruplaşmasından iki terrorçu-kamikadzeni zərərsizləşdirə bilib.