Tovuzda 18 yaşlı gənci ilan sancıb
Qazax sakinini ilan sancıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Əzizbəyli kənd sakini, 2000-ci il təvəllüdlü Eldar Əfqan oğlu Xudayev Tovuz rayonunun Cırdaxan kəndi ərazisində fərdi təsərrüfatda kartof sahəsində işləyən zaman ilan onun sağ ayağından sancıb.
E.Xudayev xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.