Şirvanda yük maşını 4 yaşlı uşağı vuraraq xəsarət yetirib
Şirvanda yük maşını azyaşlı uşağı vurub. APA TV-nin Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.
Hərəkətdə olan “Ford” markalı yük avtomobili 2014-cü il təvəllüdlü İbadov Sinan Elşən oğlunu vurub.
Ağır kəllə-beyin travması alan azyaşlı Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.