Azərbaycan prezidenti sağlamlıq imkanları məhdud gənclərlə görüşüb

Bakının Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər. Prezident İlham Əliyev və Mehriban Əliyeva tibb məntəqəsinə baxıblar, daha sonra mərkəzdə sağlamlıq imkanları məhdud gənclər üçün yaradılmış şəraitlə, habelə idman zalı ilə tanış olublar. Mərkəzlə tanışlıqdan sonra Azərbaycan Prezidenti və xanımı sağlamlıq imkanları məhdud gənclərlə görüşüblər.

 

Müəllif | Apa.Tv
Apa.tv