Prezidentin sərəncamı ilə ev alan jurnalistlərə müvafiq sənədlər təqdim olunub

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması, media nümayəndələri üçün tikilən binadan mənzil almış jurnalistlərə mənzillərin açarlarının və sənədlərinin təqdim edilməsi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, KİVDF-nin sədri Vüqar Səfərli qeyd edib ki, yeni mənzillər tam təmirlidir və bır sıra məişət əşyaları ilə təmin edilib. Onun sözlərinə görə, prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binanın yaxınlığında yeni binanın təməlini qoyub. Yeni bina 2015-ci ildə,  22 iyul-Milli Mətbuat Günündə istifadəyə veriləcək.

 

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə bildirib ki, 2014-cü il uğurlu bir il olacaq: "2013-ci ildə dünyanın kosmik dövlətləri sırasına qatıldıq, 1994-cü ildə neft sahəsində imzaladığımız və ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın yeni Neft Strategiyasının təməlini qoyduğumuz kimi, 2013-cü ildə ölkəmizin yeni Maye-Qaz müqaviləsinə imza ataraq, dünyanın enerji, təbii qaz xəritəsini dəyişməyə səbəb və şərait yaratdıq. Bu ilin ən mühüm hadisələrdən biri də ölkəmizdə keçirilən prezident seçkiləri olub".

 

Əli Həsənovun iştirakı ilə mənzillərin sənədləri sahiblərinə təqdim edilib. Mənzil alan jurlasitlərin sıraında "APA Holding"in əməkdaşları var. Sonda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

Müəllif | Apa.Tv