ABŞ-da meşə yanğınlarının miqyası böyüyür – YARALILAR VAR
ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində azı 8 nəfər xəsarət alıb.
APA TV-nin “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılar xəstəxanaya yerləşdirib, onlardan 3-ü yanğınsöndürənlərdir.
İyulun 23-də başlayan yanğın 180 kvadrat kilometr sahəni əhatə edib və Şasta dairəsinin mərkəzində yerləşən, 92 min əhalisi olan Reddinq şəhərinə çatıb. Əhalinin bir qisminin təxliyyə edildiyi bildirilir.