Qərbi Texas nefti həftəni ucuzlaşmaqla başa vurdu
Birjaların son iş günündə "Brent" markalı neftin qiymətlərində ciddi dəyişiklik olmasa da, Qərbi Texas nefti ucuzlaşıb.
APA TV-nin məlumatına görə, sonuncunun ucuzlaşmasının səbəbi ABŞ-da fəal neft quyularının sayının artmasıdır.
20-27 iyul tarixlərində bu ölkədə fəal quyuların sayı 3 ədəd artaraq 861-ə çatıb. ABŞ dünyanın ən böyük neft istehsalçılarından biridir. Ölkədə neft hasil olunan quyuların sayının artması bazara çıxarılan neftin artması ilə nəticələnir ki, bu da qiymətləri ucuzlaşdırır. ABŞ-da istehsalın artması isə daha çox Qərbi Texas neftinin ucuzlaşmasına səbəb olur. WTI neftinin bir barelinin qeydə alınan son qiyməti 69,02 dollar olub. "Brent" nefti isə sonuncu dəfə 74,36 dollardan satılıb.