Yunanıstanda meşə yanğınlarında ölü sayı 91 nəfərə çatıb: Fövqəladə vəziyyət elan olundu
Yunanıstanda baş verən meşə yanğınları nəticəsində ümumilikdə 91 nəfər ölüb, 25 nəfər itkin düşüb.
APA TV-nin “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstan hökumətinin nümayəndəsi bildirib.
Faciə ilə əlaqədar ölkədə 3 günlük matəm qeyd olunub. Paytaxt Afinanın da daxil olduğu Attika bölgəsində fövqəladə vəziyyət elan edilib.
Yunanıstanın mülki müdafiə naziri Nikos Toskas yanğının qəsdən törədilməsini istisna etməyib.