Yəməndə şiddətli döyüşlər - HUSİLƏR AĞIR İTKİ VERDİ
Üsyançıların basdırdığı 5 min mina zərərsizləşdirilib
Yəməndə hökumət qüvvələri ilə husi üsyançıları arasında şiddətli döyüş olub.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, 36 üsyançı öldürülüb, 50-si yaralanıb. Ordunun itkiləri barədə məlumat verilmir.
Döyüş Yəmənin Bayda şəhəri ətrafında baş verib. Husilər Əl-Məlacim qəsəbəsi yaxınlığındakı Əl-Bəyyad dağlarındakı mövqelərini tərk etməyə məcbur olub.
Həccə şəhəri ətrafında isə hökumət qüvvələri Səudiyyə Ərəbistanı hərbçilərinin dəstəyi ilə husilərin son üç ay ərzində basdırdığı 5 min minanı zərərsizləşdirib.