Soçidə taxtadan tikilmiş ikimərtəbəli yaşayış evi külə döndü: 8 ÖLÜ
Rusiyanın Soçi şəhərində taxtadan tikilmiş ikimərtəbəli yaşayış evində yanğın baş verib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə nəticəsində 8 nəfər ölüb.
Biri uşaq olmaqla, daha 3 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
300 kvadrat metr ərazini əhatə edən yanğın söndürülüb.
Araşdırma aparılır.