"Mercedes" körpüdən çaya aşıb

Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun  məlumatına görə, Xaçmaz şəhər sakini, 27 yaşlı Qeybullayev Cümşüd Əjdər oğlunun idarə etdiyi “Mercedes” markalı avtomaşın Qağacuq çayının üzərindəki körpüdən çaya düşüb.

 

Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Xaçmaz şəhəri ərazində daha bir yol nəqliyyat hadisəsi baş verib. “VAZ-2107” markalı avtomobillə  “Lada Priora” markalı maşın toqquşub. Bu qəzada xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan