İŞİD Suriyada 36 nəfəri girov apardı - ÇOXU QADINDIR
Terrorçular 20 qadın, 16 azyaşlını girov götürüb
İyulun 25-də Suriyanın cənubunda yerləşən Əs-Süveyda şəhərində törədilən terror aktlarından sonra onlarla qadın və uşaq girov götürülüb.
APA TV-nin məlumatına görə, bu barədə Suriya İnsan Hüquqları Komitəsindən məlumat verilib.
İŞİD ümumilikdə 20 qadın, 16 azyaşlını girov götürüb.
Qeyd edək ki, terror aktları nəticəsində 246 nəfər ölüb.