TÜRKİYƏ HÖKUMƏTİNDƏ İSTEFALAR: 3 NAZİR GETDİ - YENİLƏNİB

SON DƏQİQƏ! Türkiyənin ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraktar istefa verib. Bayraktar özündən əvvəl istefa vermiş həmkarları Zəfər Çağlayan və Müəmmər Gülərdən fərqli olaraq baş nazir Rəcəb Tayyip Ərdoğanı istefa verməyə çağırıb. 

**

Türkiyənin adı korrupsiya qalmaqalında hallanan iqtisadiyyat naziri Zəfər Çağlayan vəzifəsindən istefa verib. APA-nın xəbərinə görə, adı korrupsiya qalmaqalında hallanan Zəfər Çağlayan bu gün istefa vermək qərarına gəlib. Zəfər Çağlayan yazılı açıqlamada bunları qeyd edib: " 17 dekabr tarixində həyata keçirilən əməliyyatın hökumətimizə, partiyamıza və ölkəmizə qarşı kirli bir oyun olduğu açıq şəkildə ortadadır. Yaxın iş əməkdaşlarımın və övladımın da daxil edildiyi bu çirkin oyunu pozmaq və həqiqətlərin ortaya çıxması üçün iqtisadiyyat naziri vəzifəmdən ayrılıram".

İqtisadiyyat naziri Zəfər Çağlayandan sonra adı rüşvət qalmaqalında hallanan daxili işlər naziri Müəmmər Gülər və ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqdar da istefa verib. APA TV-nin xəbərinə görə, Bayraqdar Türkiyənin NTV kanalının canlı yayımında istefa etdiyini açıqlayıb. O, nazir və millət vəkili postlarından istefa verib. O, özünüvə oğlunu günahkar saymadığını deyib. 

 

Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan və Müəmmər Gülərin oğlu Barış Gülər dekabrın 17-də İstanbul polisinin keçirdiyi rüşvət və korrupsiya əməliyyatı zamanı həbs ediliblər. Məhkəmə onların haqqında həbs qətimkan tədbiri seçib.  Ərdoğan Bayraqdarın oğlu Abdulla Oğuz Bayraqdar həbs olunsa da, barəsində həbs-qətimkan tədbiri seçilməyib.

 

 

***

11:25

Türkiyənin adı korrupsiya qalmaqalında hallanan iqtisadiyyat naziri Zəfər Çağlayan vəzifəsindən istefa verib. APA-nın xəbərinə görə, adı korrupsiya qalmaqalında hallanan Zəfər Çağlayan bu gün istefa vermək qərarına gəlib. Zəfər Çağlayan yazılı açıqlamada bunları qeyd edib: "Dekabrın 17-də həyata keçirilən əməliyyatın hökumətimizə, partiyamıza və ölkəmizə qarşı kirli bir oyun olduğu açıq şəkildə ortadadır. Bir yerdə işlədiyim insanların və övladımın da daxil edildiyi bu çirkin oyunu pozmaq və həqiqətlərin ortaya çıxması üçün iqtisadiyyat naziri vəzifəmdən ayrılıram".

 

APA TV-nin xəbərinə görə, Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan dekabrın 17-də İstanbul polisinin keçirdiyi rüşvət və korrupsiya əməliyyatı zamanı həbs edilib. Məhkəmə onun haqqında həbs qətimkan tədbiri seçib. 

Qeyd edək ki, bir qədər əvvəl Türkiyənin daxili işlər naziri Müəmmər Gülər də istefa verib. Bununla da Türkiyə hökumətindən istefa verən nazirlərin sayı 2-yə çatıb. 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı