Sabirabadda xınayaxdı mərasimində faciə - QONAQ ÖLDÜ
Sabirabadda xınayaxdı mərasimində qonağı cərəyan vuraraq öldürüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaragüney kəndində baş verib.
Xınayaxdı mərasimində qonaqlardan biri - Arif Kərim oğlu Fətişov qəflətən sönmüş elektrik lampasını yandırmaq istəyərkən cərəyan vurması nəticəsində həyatını itirib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.