Ağdaşda "MERCEDES" MAĞAZAYA GİRDİ: 1 yaralı
Ağdaşda satıcı qadını işlədiyi mağazada maşın vurub. Rayon Polis şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Ağdaş şəhərində qeydə alınıb. Rayon sakini 24 yaşlı Yadigar Ələsgərovun idarə etdiyi “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və mağazaya girib. Orada satıcı işləyən rayon sakini, 51 yaşlı Xuraman Fətəliyevanı vurub. Yaralı təcili olaraq Ağdaş Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, xəstə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.