Qubada qəza - naməlum maşın 10 yaşlı oğlanı vurdu

Quba rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, 2003-cü il təvəllüdlü Mustafayev Duyğu Ziya oğlunu H.Əliyev prospektində yolu keçərkən maşın vurub. O, Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Eyni gündə Qubanın Zərqovada kəndində qeydə alınan qəzada da bir nəfər xəsarət alıb. Quba rayon sakini Faiq Seyidovun idarə etdiyi  “VAZ 21015” markalı avtomaşın idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində sürücünün qızı, 1991-ci il təvəllüdlü Seyidova Fatimə Faiq qızı ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta ağırdır.

 

Hər iki faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Vəli Turan