Zakir Həsənov Abdulla Güllə görüşüb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir. Müdafiə naziri bir sıra görüşlər keçirib. Zakir Həsənov Türkiyənin milli müdafiə naziri İsmət Yılmazla görüşüb. Görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

 

APA TV-nin xəbərinə görə, daha sonra Z. Həsənovu Türkiyə prezidenti Abdullah Gül qəbul edib. Görüşdə iki ölkə arasında münasibətlər, o cümlədən müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 

Azərbaycan nümayəndə heyətində müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov, Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov, Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Tofiq Qasımov və digər şəxslər təmsil olunurlar.

 

Müəllif | Apa.Tv