Şimali Koreya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi - MÜHARİBƏ

Şimali Koreyanın lideri Kim Çin İn ordunun müharibəyə hazır olması ilə bağlı əmr verib. Lider bunu Nampxo şəhərində Koreya xalq ordusunun 526-cı hərbi hissəsindəki çıxışında deyib. Atası Kim Sen İrin ölümün ildönümü ilə əlaqədar ölkənin ən böyük hərbi hissəsinə səfər edən Kim Çin İn Hərbi hissədə zabit və gizir heyəti ilə görüşüb. APA TV-nin xəbərinə görə, o qeyd edib ki, hər bir qıcıqlandırıcı hərəkətə qarşı sərt fiziki tədbirlər görüləcək və ordunun yüksək çinli rəsmilərinə döyüşə hazır olmaq barədə göstəriş verib.

 

Şimali Koreyanın lideri hərbçilərə deyib ki, onlar xəbərdarlıqsız müharibəyə hər an hazır olmalıdır. Şimali Koreya liderini səfər zamanı ölkənin siyasi bürosunun rəhbəri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və müdafiə naziri müşayiət edib.

 

Müəllif | Apa.Tv