Azərbaycan bu il 1,2 milyard dollarlıq SİLAH VƏ HƏRBİ TEXNİKA ALIB

Azərbaycan 2013-cü ildə silah və hərbi texnika idxalına görə dünya ölkələri arasında 15-ci yeri tutur. APA İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Dünya Silah Ticarəti Analizi Mərkəzinin (SAMTO) yaydığı məlumatda qeyd olunub.

 

Təşkilatın ilkin məlumatlar əsasında hazırladığı analizə görə, rəsmi Bakı 2013-cü ildə silah və hərbi texnika idxalına 1 milyard 257 milyon ABŞ dolları vəsait sərf edib.

 

Ümumilikdə, 2013-cü ildə dünya ölkələri silah alışına ən azı 65 milyard 982 milyon dollar xərcləyib ki, bu da «soyuq müharibə» dövründən sonra ən yüksək nəticədir.

 

Silah alınması üzrə ilk yerdə 9,9 milyard dollarla Hindistan dayanır. Sonrakı yerlərdə Səudiyyə Ərəbistanı (5 milyard 329 milyon dollar), Böyük Britaniya gəlir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv