İki gənc əlbir olub, marketi qarət etdi

Xətai rayonunda General Şıxlinski küçəsində yaşayan gənclər həyətlərində olan marketi qarət ediblər. Gecə saatlarında qapını sındırmaq yolu ilə içəri keçən 19 yaşlı Fuad Mehdiyev və 18 yaşlı İbrahim Məmmədli xəzinədə olan puldan başqa, ərzaq məhsullarını da oğurlayıblar. APA TV-nin xəbərinə görə, polisə bu barədə məlumatı səhər işə gələn dükan sahibi verib.

 

Saxlanılan şəxslərin dediyinə görə, oğurlanan pullar tən bölünüb. Hazırda dükan sahibinə dəymiş ziyanın məbləğı hesablanır. Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma gedir.

 

Müəllif | Apa.Tv