"SAM 91 qapalı arayış və hesabat hazırlayıb" - HESABAT
2013-cü ildə Prezident yanında Strateji Araşdırmalar Mərkəzi çox şaxəli fəaliyyətini daha da genişləndirib.
APA TV-nin xəbərinə görə, mərkəzinin direktoru Fərhad Məmmədov bildirib ki, cari ildə SAM 15 monoqrafiya, toplu və broşura çap etdirib. Müxtəlif elmi-tədqiqat işlərinin yekunu olan bu nəşrlərdən 5-i xaricdə, 10-u isə Azərbaycanda işıq üzü görüb. Eyni zamanda SAM-ın əməkdaşları t 91 qapalı xarakter daşıyan arayış və hesabat hazırlayıb: “Bu, bizim üçün rekord göstəricidir. Bu şərhlərin keyfiyyəti beynəlxalq ekspert ictimaiyyəti tərəfindən qəbul edilməsi bizim üçün çox vacibdir. Ona görə də mediada bu fikirlərin səsləndirilməsi bir vasitə kimi istifadə olunur. Bu il ərzində beynəlxalq səviyyədə əməkdaşlıq daha da genişləndirilib. Daha 5 beyin mərkəzi ilə memorandum və sazişlər imzalayıb. Bununla da memorandum imzaladığımız təşkilatların sayı 25-ə çatıb ”.
O bildirib ki, 8 ölkəni təmsil edən xarici ekspertlərlə birgə 15 mövzu ətrafında araşdırmalar aparılıb və müvafiq hesabatlar hazırlanıb. Elmi-təşkilatçılıq baxımından 2013-cü ildə SAM Azərbaycanda və xaricdə 56 tədbir keçirib. Fərhad Məmmədov vurğulayıb ki, SAM-ın növbəti il üçün fəaliyyət planı hazırlanaraq, Prezident Administrasiyasına təqdim edilib: “Ümumi bir neçə xətt var. Bu Azərbaycanın yeni bölgələrdə təmsil olunması. İlk növbədə Balkan ölkələridir. Avropanın ən məhçur beyin mərkəzlərində tədbirlər planlaşdırılır. Hər bir ölkədə işin davamlılığını saxlamaqda vacibdir. Bir tədbir, bir təhqiq işi olmasın və daha irəli gedərək ”.
Cari ildə SAM-ın səkkiz əməkdaşı Azərbaycanın yeddi ali təhsil ocağında saat hesabı müəllim kimi fəaliyyət göstərib, eyni zamanda 24 tələbə SAM-ın Təcrübə proqramında iştirak edib. Bununla yanaşı 2013-cü ildə 5 xarici ekspert Qonaq elmi işçilərin mübadiləsi proqramı çərçivəsində SAM-da tədqiqat aparıb.