Fərhad Məmmədov: "İşğalçı Ermənistan cəzalandırılmasa..."

"Beynəlxalq qurumlar, işğalçı Ermənistana qarşı cəzalandırma mexanizmini tətbiq etmirsə, o zaman Azərbaycan bunu öz müttəfiqləri ilə həyata keçirəcək".

 

APA TV-nin xəbərinə görə, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib ki, cəzalandırma mexanizmi ilk növbədə Ermənistanı blokadada saxlmaqdır: "Bu münaqişəyə balanslaşdırılmış siyasət həyata keçirən ölkə Azərbaycanın maraqlarına zidd hərəkət edir. Bunu bir aksioma kimi biz qəbul etməliyik. Bizi sərhəd məsələsində yumşalmağa, hərbi ritorikadan əl çəkməyə çağıran dövlətlər - xüsusilə ABŞ, Rusiya, Fransa hər biri son illər ərzində dəfələrlə digər dövlətlərə qarşı silahdan istifadə edib, müharibələr aparıb. Fransa hazırda BMT-nin qərarı ilə Malidə müharibə aparır. Biz də isə bu qərardan dörd dənədir".

 

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi mövzusu daim prioritet olan məsələlərdəndir. Lakin Ermənistan bir çox halda bu mövzuda müzakirələrdən qaçır. 2014-cü ildə daxili siyasi məsələlərdə hər hansı qeyri-adi proseslərin olmayacağını deyən Fərhad Məmmədov hesab edir ki, Azərbaycan artıq seçkilərarası sakit dövrə qədəm qoyub: "Qeyri-adi o ola bilərki, Azərbaycan müxalifətinin yaratdığı hansısa birliklər parçalansın, yeni birliklər formalaşsın. Biz artıq buna adət etmişik. Çünki hər seçkidən sonra qışda bir az istirahət edib, yazda yeni bölücülük fəaliyyəti ilə məşğul olmağa başlayırlar. Bu istiqamətdə onlara ancaq uğurlar diləmək olar ki, daha fəal olsunlar və birlikləri daha tez parçalansın".

 

O qeyd edib ki, bu gün Azərbaycan Respublikası dinamik inkişaf strategiyasına malik olan, regional iqtisadi və siyasi proseslərin istiqamətini müəyyənləşdirən dövlətdir.

Müəllif | Apa.Tv