Lənkəranda güclü YANĞIN
Lənkəranda yanğın hadisəsi baş verib. Hadisə nəticəsində 130 kv metr sahəsi olan 4 otaqlı evin 50 kvm sahəsi əşyaları ilə birlikdə yanaraq, külə dönüb. APA TV-nin xəbərinə görə, hadisə Əvəz Abbasova məxsus 4 otaqlı evdə qeydə alınıb. Ev sahibi və qonşuların bildirdiyinə görə, yanğına səbəb isə enerjinin yüksək gərginliklə verilməsi nəticəsində televizorun partlaması
göstərilir. yanğın zamanı ev əşyaları yansada mənizldə olan Qurani Kərim yanmayıb.
Elektrik enerjisinin qəflətən artması nəticəsində Kamil Kazımov küçəsində təkcə ziyan çəkən Abbasovlar ailəsi olmayıb. Belə ki, adı çəkilən ünvanda yaşayan digər qonşuların mənzillərində məişət avadanlıqları yararsız vəziyyətə düşüb.
Lənkəran Rayon Elektrik Şəbəkəsindən sakinlərin iddiasını təkzib ediblər.