ŞOK! Hökumətdən ayrılan nazir ƏRDOĞANI İSTEFAYA ÇAĞIRDI
"Hər şey baş nazirin razılığı ilə həyata keçirildi, lazımdırsa, baş nazir istefa versin".
APA TV-nin xəbərinə görə, bunu iqtisadiyyat naziri Zəfər Çağlayan və daxili işlər naziri Müəmmər Gülərdən sonra istefa verən ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqtar deyib. NTV kanalına canlı telefon bağlantısı ilə qoşulan Bayraqtar bildirib ki, "17 dekabr əməliyyatları"nın sənədlərində onu təhqir edəcək və izah edə bilməyəcəyi heç bir şey yoxdur: "Baş nazir istədiyi nazirlə işləyə bilər və ya naziri işdən çıxara bilər. Ancaq bu əməliyyatlardan sonra mənə istefa ilə bağlı təzyiq göstərilməsini qəbul etmirəm. Hər şey baş naziri təlimatı ilə edilib".
Ərdoğan Bayraktar buna görə nazirlikdən və millət vəkilliyindən istefa etdiyini bildirib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan partiyasının rayon təşkilatlarının toplantısında məsələyə üstüörtülü münasibət bildirib. O, nurçular hərəkatını və Fətullah Güləni əxlaqsızlıqda ittiham edib: "Bir tərəfdən hüquq çərçivəsində bəraət vermək ədalətlidir deyəcəksən, o biri tərəfdən də xaricə xidmət etməyə davam edəcəksən".
Baş nazir rəhbərlik etdiyi partiyanın pisliklərdən təmizləndiyini deyib.