Lənkəranda bayram yarmarkası

Lənkəran şəhərinin dəmiryol vağzalyanı meydanında Yeni il və Dünya Azərbaycanlılarının həmirəylik günü ilə əlaqədar kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi yarmarkaya əhalinin təlabatına müvafiq olaraq 426 ton müxtəlif növ ərzaq məhsulları çıxarılıb. Bayram yarmarkasında Bakı şəhərindən və respublikasının ayrı-ayrı rayonlarından 17 şirkət və firma iştirak edib

Sakinlərin yarmarkaya marağı böyük olub.

 

Müəllif | Apa.Tv