Gənc rəssamın QARABAĞ SƏRGİSİ
Gənc rəssam Həlimə Ələsgərovanın rəsm əsərlərindən ibarət sərgi keçirilib. APA TV-nin xəbərinə görə, ASAİF və Azərbaycan Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən sərgi Qarabağa həsr olunub: "Bu, mənim dördüncü sərgimdir. Amma bu sərgi Qarabağa həsr olunub. Burda 40-a yaxın əsər var".
Gənc rəssam 10 ildir, yaradıcılığını Qarabağ mövzusuna həsr edib. Sərgidə nümayiş olunan əsərlər kətan üzərində yağlı boya ilə çəkilib. Burda Qarabağın görməli yerləri, tarixi binaları, şəxsiyyətləri yer alıb.
Tədbirdə çıxış edənlər bildiriblər ki, sərginin Akademiyada keçirilməsində məqsəd burda təhsil alan yerli və xarici tələbələrə Qarabağ haqqında məlumat verməkdir.
Sərgi bir həftə davam edəcək.